DEV Community

Cover image for Google dostumuz deyil!
Azar Mamiyev
Azar Mamiyev

Posted on • Originally published at dev.to

Google dostumuz deyil!

Gündəlik həyatımızda bir çoxumuz Google xidmətlərindən istfadə edir. Axtarış xidməti bir qırağa, tərcümə, onlayn görüşlər (Meet)YouTube kimi xidmətlər həyatımızın ayrılmaz parçasına çevrilib.

Bəs Google həqiqətən də həyatımızı asanlaşdıran dostumuzdurmu?

Hər şeydən əvvəl anlamaq lazımdır ki, Google bir texnologiya şirkəti kimi görünsə də, əslində reklam şirkətidir.

Google'ın sahibi olan Alphabet'in illik gəliri

Şəkildən də gördüyünüz kimi, Google'ın gəlirlərinin çox böyük hissəsini sırf reklamlar təşkil edir. Reklamçılıq haqqında çox az bir bilgiyə sahib olanlar bilir ki, reklamın effektiv olması üçün ən vacib amillərdən biri reklamın hədəf kütləsidir. Əgər reklam, o reklama marağı olan insanların qabağına çıxmasa, reklamın bir mənası olmaz. Buna görə reklamçılar Google'a reklam verərkən xüsusi insan qruplarına (hansı ki, onların verdiyi reklama maraqlı olsunlar) görə tənzimləyirlər.

Bəs Google reklamverənlərə bu məlumatı necə verə bilir?

Artıq burda Google'ın dostumuz olmadığı gerçəyi ilə üzləşirik. Təbii ki, Google bizdən məlumatlarımızı soruşmadan almır. Amma bu sualı vermə tərzi, ölkəmizdə bu sahədə olan qanun əksikliyinə görə fərqlidir. Siz Google'a hər hansı bir Avropa birliyi ölkəsindən daxil olsanız, xidməti istfadə etmədən Google sizə məlumatlarınızı topladığı və bu məlumatları niyə görə topladığı haqqında məlumat verir. Amma Google bunu istədiyinə görə yox, Avropa birliyinin qanunları bunu tələb etdiyinə görə etmək məcburiyyətində qalır. Lakin bizim ölkə qanunvericiliyi bu mövzuya toxunmayıb. Bu səbəbdən Google bizim ölkənin vətəndaşlarına hər hansı bir məlumat vermədən, məlumatlarını toplaya bilir.

Bəs necə edə bilərik ki, Google bizdən məlumat toplamasın?

Bu sualın ən bəsit cavabı, Google xidmətlərindən istfadə etməməkdir. Təbii ki, bu rahat bir proses deyil. Lakin, mümkünsüz deyil. Bundan əlavə olaraq Google'ın istfadəçi panelinə daxil olub gizliliklə bağlı seçimlərə baxıb müəyyən sazlamalar apara bilərsiniz.

Aşağıdakı servislərdən istfadə edərək, Google'a məlumatlarınızı ötürmədən Google keyfiyyətinə çox yaxın təcrübə yaşaya bilərsiniz:

  1. Axtarış: Startpage - Google'ın axtarış nəticələrinə, Google'a hər hansı bir məlumat ötürmədən çatmaq üçün ən optimal üsul.
  2. Brauzer: Brave - Google Chrome'dan istfadə etmədən, onunla eyni təməllərə sahib olan Brave'i istfadə edin. Brave brauzer, Chrome'da olan bütün funksiyalara sahibdir və gizliliyinizə önəm verən tənzimləmələr hazır şəkildə gəlir.
  3. Mail: ProtonMail - Gmail'dən istfadə etmək, Google'a haqqınızda inanılmaz böyük bir məlumat ötürür. Gizliliyə önəm verməsi ilə məhşurlaşmış ProtonMail'dən istfadə etməklə, Google'a gedən çox böyük məlumat trafikini dayandırmış olacaqsınız.

Şirkətlərin dövlətlərdən güclü olduğu bu dövrdə, artıq istfadəçi məlumatları qızıldan dəyərlidir. Gizliliyimizin dəyərini bilmək, xüsusilə bu dövrdə özümüzə edə biləcəyimiz ən böyük yaxşılıqdır.

Top comments (0)